13 dekabr, 2021 17:37
Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə velosiped məşqçiləri üçün keçirilən texniki kurslara yekun vurulub. Respublika Velotrekində baş tutan bağlanış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.
Beynəlxalq federasiya tərəfindən təsdiq olunmuş texniki kursda yalnız Bakıdan deyil, ölkəmizin müxtəlif şəhər və rayonlarından da məşqçilər iştirak ediblər və imtahanları müvəffəqiyyətlə başa vuranlar beynəlxalq dərəcəli məşqçilik sertifikatını əldə ediblər. Çingiz Hüseynzadənin sözlərinə görə, MOK-un dəstəyi ilə təşkil edilən “Olympic Moves” hərəkatı çərçivəsində bu vaxtadək 6000-dən artıq məktəbli velosiped idmanı üzrə yarışlara cəlb edilib ki, bu da kütləvilik baxımından olduqca önəmlidir.
Velosiped idmanı üzrə Azərbaycanda ilk dəfə 2-ci səviyyə üzrə təşkil olunan kursu beynəlxalq dərəcəli ekspert Elnarə Musayeva aparıb. Xatırladaq ki, bu vaxta qədər ölkəmizdə 2 dəfə 1-ci səviyyə üzrə texniki kurslar təşkil edilib. Ümumilikdə isə MOK xətti ilə təşkil edilən və digər idman növlərini əhatə edən məşqçilik kurslarının sayı 10-a çatıb.
İştirakçılara sertifikatları MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və AZVİF-in prezidenti Mədət Quliyev təqdim ediblər. Kursları uğurla başa vuranları təbrik edən rəsmilər velosiped idmanının inkişafı üçün bacarıqlı məşqçilərə ehtiyac duyulduğunu və bu istiqamətdə onların xidmətlərindən istifadə ediləcəyini qeyd ediblər.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu