03 aprel, 2019 16:57
Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası, “Gənc Velosipedçilər” İctimai Birliyi və Əlil Velosipedçilər Klubunun dəstəyi ilə 90 günlük aktivlik kampaniyası çərçivəsində Bakı şəhərində yerləşən ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında "Velosiped sür, hərəkətə sən də qoşul" layihəsinə yekun vuruldu.
Qeyd edək ki, layihə çərçivəsində “Velosiped idmanının sağlamlıqda rolu və ondan istifadə qaydaları” mövzusunda 3 ay ərzində 10.000 nəfərə yaxın tələbə, şagird və valideyn arasında təbliğat və təşviqat işləri aparılıb.
Tezliklə "İDMAN DƏRSİ - VELOSİPEDLƏ" adlı yeni bir layihəyə start veriləcək.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu