Velosiped sür, sağlam ol!

24 may, 2021 17:00

Velosiped sür, sağlam ol!
Velosiped sür, sağlam ol!
Velosiped sür, sağlam ol!
Velosiped sür, sağlam ol!
Velosiped sür, sağlam ol!
Velosiped sür, sağlam ol!
Velosiped sür, sağlam ol!
Velosiped sür, sağlam ol!
Velosiped sür, sağlam ol!

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsinin yekunlarına həsr edilən “Velosiped sür, sağlam ol” şüarı altında Bayıl Bulvarı ərazisində veloyürüş keçirilib. BMT, BNA və ÜST-ün təşkilatçılığı ilə baş tutan veloyürüşdə BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli, BMT-nin ölkədəki Rezident Əlaqələndiricisi Qulam İshaqzai, diplomatik korpusun nümayəndələri və müxtəlif təşkilatların könüllüləri iştirak edib.

 

Yürüşün əsas məqsədi insanlar arasında davamlı və ekoloji təmiz nəqliyyat növlərindən istifadə və piyada gəzintini təbliğ etmək, nəticədə atmosferə atılan tullantıların azaldılmasına töhfə vermək olub.

 

Qeyd edək ki, pandemiya dövründə bir sıra ölkələrdə velosiped əsas nəqliyyat vasitəsinə çevrilib, mövcud avtomobil yolları daraldılaraq velosipedçilərin ixtiyarına verilib və bununla da açıq havada sosial məsafə gözləməklə velosipedlə səyahət yoluxma riskinin azalmasına gətirib çıxarıb.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu