Velosipedçilərimiz "Tour of Bostonliq I" yarışında mübarizə aparıblar

14 may, 2023 09:17

Mayın 13-də Özbəkistanda Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) şose velosipedinin fərdi ötüşmə növü üzrə 1.2 kateqoriyalı "Tour of Bostonliq I" yarışı keçirilib. 

Yeddi ölkədən 11 komandanın tərkibində ümumilikdə 59 velosipedçinin iştirak etdiyi yarışda idmançılar 30 km məsafə qət ediblər.

Beynəlxalq turnirdə mübarizə aparan Azərbaycanın kişilərdən ibarət Elit/U23 milli yığma komandasının üzvlərindən Musa Mikayılzadə (00:39:29) 18-ci, Kamran Mirzəxanov (00:39:56) 21-ci, Samir Cəbrayılov (00:41:01) 25-ci, Nəcəf Bağırov (00:42:15) 33-cü, Şahin Eyvazov (00:43:36) 43-cü, Yusif İsmayılov (00:45:07) 50-ci, Aqşin Bağırlı (00:45:08) 51-ci, Mikayıl Səfərli (00:47:35) isə 57-ci yerdə qərarlaşıblar.

Yarışın qalibi 36 dəqiqə 29 saniyə nəticə ilə Qazaxıstan milli komandasının üzvü Daniil Marukhin olub.

Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycan, Qazaxıstan, Küveyt, Yunanıstan, Filippin, Tayland və Özbəkistanı təmsil edən komandalar iştirak ediblər.

Nəzərinizə çatdıraq ki, milli komandamız mayın 14-də "Tour of Bostonliq II" yarışında şose velosipedinin qrup ötüşməsi növü üzrə mübarizə aparacaq.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu