Velosipedçilərimiz V İslam Həmrəyliyi Oyunlarında trek üzrə son yarışda mübarizə aparıblar

09 avqust, 2022 23:18

Velosipedçilərimiz V İslam Həmrəyliyi Oyunlarında trek üzrə son yarışda mübarizə aparıblar

Azərbaycan velosipedçiləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti yarışlara qatılıblar. Elit/U23 yığma komandamızın üzvləri avqustun 8-də trek velosipedinin omnium növü üzrə mübarizədə iştirak ediblər.


Qadınlar arasında yarışda Ayan Xankişiyeva və Viktoriya Sidorenko, kişilər arasıda yarışda isə Elgün Əlizadə və Əmral Aduləzizli güclərini sınayıblar.


Nəzərinizə çatdıraq ki, omnium növünün qaydalarına görə, velosipedçilər 4 ayrı yarışda iştirak edirlər. Bu yarışların ümumi nəticələrinə əsasən idmançıların turnir cədvəlindəki yerləri müəyyənləşdirilir. İlk yarış skretç (qadınlar 7,5 km, kişilər 10 km), ikinci yarış tempo (qadınlar 7,5 km, kişilər 10 km), üçüncü yarış çıxmaqla qrup ötüşməsi, dördüncü yarış isə xallar üzrə qrup ötüşməsidir (qadınlar 20 km, kişilər 25 km).


Ümumi nəticələrə əsasən, qadınlar arasında A.Xankişiyeva (82 xal) 7-ci, V.Sidorenko (68 xal) 11-ci,  kişilər arasında isə E.Əlizadə (32 xal) 16-cı, Ə.Abduləzizli (18 xal) 17-ci yerdə qərarlaşıb.


Bununla da V İslam Həmrəyliyi Oyunlarında trek velosipedi üzrə yarışlar başa çatıb.


İdmançılarımız avqustun 11-də şose velosipedinin fərdi ötüşmə, avqustun 13-də isə qrup ötüşməsi növündə yarışacaqlar.


Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında baş məşqçilər Asif Həsənov (şose üzrə) və Elçin Qərəmanovun (trek üzrə) rəhbərliyi ilə kişi velosipedçilərdən Elçin Əsədov, Nəcəf Bağırov, Əmral Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə, Şahin Eyvazov, Elgün Əlizadə, qadın velosipedçilərdən isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova iştirak edirlər.


56 ölkədən 4200 idmançının qatıldığı Oyunların rəsmi açılış mərasimi avqustun 9-da, bağlanış mərasimi isə avqustun 18-də baş tutacaq.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu