11 fevral, 2023 10:10
Azərbaycanın Elit yığma komandasının üzvü Musa Mikayılzadə İsveçrədə keçirilən velosiped idmanının trek növü üzrə Avropa çempionatında çıxışını başa vurub.
Qrenxendə yerləşən velodromda təşkil edilən çempionatda qitənin ən güclü velosipedçiləri ilə yarışan idmançımız fevralın 9-da xallar üzrə qrup ötüşməsində gücünü sınayıb. 160 dövrədən (40 km) ibarət yarış gərgin idman mübarizəsi şəraitində keçib. Nəticələrə əsasən, velosipedçimiz 20-ci yerlə kifayətlənib.
İtaliyalı idmançı Consonni Simone (54 xal) hamıdan yaxşı nəticə göstərərək qızıl medal qazanıb.
M.Mikayılzadə fevralın 10-da skretç üzrə mübarizəyə qatılıb. 60 dövrədən ibarət (15 km) yarışı idmançımız tamamlaya bilməyib.
Böyük Britaniyalı velosipedçi Wood Oliver isə birinci yerə layiq görülüb.
Xatırladaq ki, yığma komandamızın üzvü fevralın 8-də çıxmaqla qrup ötüşməsində iştirak edib və turnir cədvəlinin 20-ci pilləsində yer alıb.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu