24 aprel, 2019 13:33
Bu ilin iyulunda Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalına hazırlaşan yeniyetmə oğlan və qızlardan ibarət yığma komandalarımız baş məşqçi Əbülfəz Məmmədov və məşqçi Aleksey Qorikovun rəhbərliyi altında Rusiyanın Maykop şəhərində keçirilən Ümumrusiya yarışlar silsiləsində çıxışlarını davam etdirirlər. Növbəti belə yarış oğlanlar arasında kriterium növündə təşkil edilib.
30 km-lik yarışda Nofəl Nuriyev, Kamran Mirzəxanov, Nikita Sıtov, Mustafa Muxtarlı və Nurlan Əzizlidən ibarət heyətlə təmsil olunan komanda üzvlərimizdən ən yaxşı nəticəyə Nikita Sıtov imza atıb – o yekunda starta çıxan 100-ə yaxın idmançı arasında 7-ci yeri tutub.
Kriterium ötüşməsindən bir gün əvvəl 10 km məsafəyə fərdi ötüşmə yarışında da Nikita Sıtov 118 nəfər arasında 14 dəqiqə, 53 saniyə göstərici ilə 7-ci olub. Bu növdə digər idmançılarımızdan Mustafa Muxtarlı 21-ci, Kamran Mirzəxanov isə 32-ci nəticə göstərib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu