Velosipedçimizdən Türkiyədə daha bir fəxri kürsü

18 may, 2019 21:15

Velosipedçimizdən Türkiyədə daha bir fəxri kürsü

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 3 mərhələdən ibarət 2.2 kateqoriyalı “Qara Dəniz Turu” davam edir. Yarışın Rize ve Giresun şəhərləri arasındakı 208 km-lik 2-ci mərhələsi yığma komandamız üçün daha bir uğurlu nəticə ilə yadda qalıb.

Məsafəni 4 saat, 41 dəqiqə, 28 saniyəyə başa vuran millimizin üzvü Samir Cəbrayılov bununla da finişi 3-cü keçib və Tokio-2020 Yay Olimpiya Oyunlarına daha 1 lisenziya xalı qazanıb. Digər velosipedçimiz Elçin Əsədov bu dəfə 11-ci olub.

2 mərhələdən sonra ümimi təsnifatda 2 velosipedçimiz ilk 10-luqda qərarlaşır – Samir Cəbrayılov 2-ci, Elçin Əsədov isə 7-cidir. Xatırladaq ki, adları çəkilən velosipedçilərimiz 1-ci mərhələdə müvafiq olaraq 2-ci və 6-cı olmuşdular.

Veloturun sonuncu, 3-cü mərhələsində iştirakçılar 163 km məsafə qət edəcəklər. Xatırladaq ki, heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Mahmud Məmmədov, Kərim Şirəliyev və Mikayıl Səfərlidən ibarət yığma komandamız yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında mübarizə aparır.
 

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu