Yari Verstraeten: "Finişə 20 kilometr qalmış qalib olacağıma inanmağa başladım"

09 iyun, 2023 20:45

Yari Verstraeten: "Finişə 20 kilometr qalmış qalib olacağıma inanmağa başladım"

"Üçüncü mərhələ çox çətin keçdi. Pelotonla liderin arasında 4 dəqiqə məsafə oldu. İdmançılar əsl əzmkarlıq nümayiş etdirdilər. Qarşıda bizi iki çətin dağ mərhələsi gözləyir. Ümid edirəm ki, son iki mərhələdə hamı finişə çata biləcək”.


Bu sözləri iyunun 9-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsinin yekunları ilə bağlı mətbuat konfransında turnirin direktoru Roland Hofer deyib.


Üçüncü mərhələnin qalibi belçikalı idmançı Yari Verstraeten də yarışın çətin keçdiyini bildirib: "Eniş olduğu üçün başlanğıcda velosipedçilər sürətlə hərəkət edirdilər. Sprintdə 4 velosipedçidən ibarət lider qrup formalaşdı. Aralıq vaxtı beş dəqiqəyə çatdırdı. Hərdən külək bizim istiqamətdə əksinə əsirdi. Finişə 20 kilometr qalmış qalib olacağıma inanmağa başladım. İtaliyalı velosipedçi Emanuele Ansaloni dağ mərhələlərini yaxşı keçir. İnanmıram ki, bu, məndə uğurlu alınsın”.


İlk üç mərhələdən sonra yarışın lideri italiyalı Emanuele Ansaloni sarı köynəyə sahib olduğu üçün sevindiyini vurğulayıb: "Çalışacağam köynəyi özümdə saxlayım. İlk iki mərhələnin lideri Martin Papanov olub. Lakin mən özümə güvənirəm və inanıram ki, liderliyi qoruyacağam".


Qeyd edək ki, idmançılar iyunun 10-da Gəncə-Göygöl marşrutu üzrə 102,9 kilometr məsafə qət edəcəklər.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu