02 dekabr, 2021 12:29
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin Əmri ilə şose velosipedi üzrə yığma komandaya yeni baş məşqçi təyin edilib – bundan sonra milliyə Əməkdar məşqçi Asif Həsənov rəhbərlik edəcək.
Bunadək “Neftçi İdman Klubu” İctimai Birliyinin velosiped bölməsinin məşqçisi olan Asif Həsənovu məşqçilər korpusuna AzVİF-in baş katibi Fərhad Əliyev təqdim edib və federasiya prezidentinin məşqçilər korpusu qarşısında qoyduğu əsas hədəfləri onların diqqətinə çatdırıb.
Göstərilən yüksək etimada görə federasiya rəhbərliyinə təşəkkürünü bildirən Asif Həsənov qarşıya qoyulan məqsədlərə çatmaq üçün məşqçilər korpusu ilə birgə bütün qüvvə və bacarığını səfərbər edəcəyini deyib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu