Yığma üzvümüz Dünya Velosiped Mərkəzində

12 mart, 2021 13:31

Yığma üzvümüz Dünya Velosiped Mərkəzində
Yığma üzvümüz Dünya Velosiped Mərkəzində

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) arasında şose velosipedi üzrə U-23 yığma komandamızın üzvü Ayan Xankişiyevanın İsveçrənin Eqle şəhərində yerləşən Dünya Velosiped Mərkəzində (WCC - World Cycling Centre) ilin sonunadək təlim keçməsi barədə razılıq əldə olunub. Martın 8-dən etibarən İsveçrədə olan idmançımız burada hazırlıq proseslərində iştirak edəcək və Dünya Velosiped Mərkəzinin komandasının heyətində beynəlxalq yarışlara qatılmaqla öz ustalıq səviyyəsini artıracaq.

 

Məlumat üçün bildirək ki, Beynəlxalq Velosipedçilər İttifaqı hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu