11 avqust, 2022 22:11
Avqustun 11-də Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın Elit/U23 yığma komandasının üzvləri şose velosipedinin fərdi ötüşmə növü üzrə yarışlarda iştirak ediblər. Kişilər arasında Elçin Əsədov, qadınların mübarizəsində isə Viktoriya Sidorenko və Lalə Əbdürəhmanova güclərini sınayıblar.
Meram Dutlukır ərazisində keçirilən yarışda kişilər 25 km, qadınlar isə 15,9 km məsafə qət ediblər.
Yarışların nəticələrinə əsasən, E.Əsədov (32:06.388) 12-ci, V.Sidorenko (25:02.882) 9-cu, L.Əbdürəhmanova isə (26:38.380) 11-ci yerdə qərarlaşıblar.
Qeyd edək ki, avqustun 13-də idmançılarımız şose velosipedinin qrup ötüşməsi növü üzrə mübarizə aparacaqlar.
Avqustun 9-da rəsmi açılışı olan V İslam Həmrəyliyi Oyunlarında baş məşqçilər Asif Həsənov (şose üzrə) və Elçin Qəhrəmanovun (trek üzrə) rəhbərliyi ilə kişi velosipedçilərdən Elçin Əsədov, Nəcəf Bağırov, Əmral Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə, Şahin Eyvazov, Elgün Əlizadə, qadın velosipedçilərdən isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova iştirak edirlər.
56 ölkədən 4200 idmançının qatıldığı Oyunların bağlanış mərasimi avqustun 18-də baş tutacaq.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu