05 noyabr, 2023 12:15
Noyabrın 5-də Azərbaycan Velosiped Federasiyası
(AVF) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) birgə təşkilatçılığı, Gənclər və
İdman Nazirliyinin dəstəyi ilə Səbail rayonunda yerləşən Veloparkın ərazisində
8 Noyabr - Zəfər Günü münasibətilə veloyürüş keçirilib.
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin güclü iradəsi və qətiyyətli rəhbərliyi, xalqımızın birliyi, yenilməz
Ordumuzun rəşadəti hesabına Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr
olunan veloyürüşdə milli komandamızın, AVF-nin, həmçinin MSN-in Velosiped İdman
Klubunun üzvləri, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, digər peşəkar və həvəskar
velosipedçilər iştirak ediblər.
Ümumilikdə 100 nəfərdən çox velosipedçi Veloparkın
mərkəzindən start götürərək təyin olunmuş marşrut üzrə 2 dairə vurublar.
Sonda veloyürüş iştirakçıları xatirə şəkli çəkdiriblər.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu