22 may, 2022 14:21
Zərərli vərdişlərlə mübarizəyə dəstək məqsədilə Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə mayın 22-də paytaxtda veloyürüş keçirilib. Türkiyə Cumhuriyyəti “Yeşilay” Cəmiyyətinin təşəbbüsü, “Zərərli Vərdişlərə Qarşı” İctimai Birliyinin dəstəyi ilə baş tutan veloyürüşə Azneft dairəsindən start verilib.
Yürüşdə AVF, “Zərərli Vərdişlərə Qarşı” İctimai Birlik, MSN və digər klubların üzvləri, eləcə də paravelosipedçilər və həvəskarlar iştirak ediblər.
Velosipedçilər Dənizkənarı Bulvarla hərəkət edərək, Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar.
Qeyd edək ki, bu gün zərərli vərdişlərə qarşı mübarizə məqsədilə dünyanın 75 ölkəsində veloyürüş keçirilib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu