Xəbərlər

Başlanma tarixi

Bitmə tarixi

24 may, 2021 17:00
Velosiped sür, sağlam ol!

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsinin yekunlarına həsr edilən “Velosiped sür, sağlam ol” şüarı altında Bayıl Bulvarı ərazisində veloyürüş keçirilib.

19 may, 2021 12:48

Ölkəmizin şose velosipedi üzrə U23 yığma komandasının üzvü Ayan Xankişiyeva Dünya Velosiped Mərkəzinin (WCC) komandasının heyətində İsveçrədə təşkil olunan “Osterhas” Qran-Prisində iştirak edib.

Davamını oxu

10 may, 2021 15:39

Ölkəmizin şose velosipedi üzrə Elit yığma komandasının üzvü Samir Cəbrayılov Açıq Ukrayna Kuboku yarışının 3-cü mərhələsinin qalibi olub. Təmsilçimiz 4 günlük yarışın yekununa əsasən, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pillsinə qalxıb.

Davamını oxu

05 may, 2021 15:52

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə Respublika Velotrekində “Məkan məlumatı” mövzusunda seminar təşkil edilib.

Davamını oxu

01 may, 2021 13:12

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Davamını oxu

19 aprel, 2021 14:33

Yol təhlükəsizliyi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) və velosiped sürənlər üçün həyati əhəmiyyət kəsb edən mühüm bir məsələdir. Daha yaxşı, etibarlı və əlçatan velosiped yolları üçün bütün ortaq əməkdaşlıqlar UCI-nin əsas hədəfi hesab edilir. Bu baxımdan Beynəlxalq Velosipedçilər İttifaqı #3500LIVES “Qlobal Yol Təhlükəsizliyi Kampaniyası” çərçivəsində Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilə birlikdə sosial layihənin həyata keçirilməsinə başlayıb.

Davamını oxu

05 aprel, 2021 16:14

Xərçəng xəstəliyi ilə mübarizə aparan britaniyalı velosipedçi Lyuk Qrenfell-Şounun 2020-ci ilin yanvarından 30 ölkəni əhatə edəcək “Bristoldan Pekinə qədər” adlı xeyriyyə məqsədli velosiped səyahəti davam edir. 26 yaşlı velosəyyahın əsas məqsədi xərçəng xəstəliyindən əziyyət çəkən insanlara xəstəliklə mübarizədə inam əldə etməyə kömək olmaqdır.

Davamını oxu

30 mart, 2021 14:08

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) arasında əldə olunan razılığa əsasən İsveçrənin Eqle şəhərində yerləşən Dünya Velosiped Mərkəzinə (WCC - World Cycling Centre) yollanan şose velosipedi üzrə U-23 yığma komandamızın üzvü, İdman Ustası Ayan Xankişiyeva ilin sonunadək Mərkəzin velosiped komandasının heyətində çıxış edəcək. Müvafiq yoxlamalardan uğurla keçən idmançımızla artıq peşəkar müqavilə də imzalanıb.

Davamını oxu

20 mart, 2021 00:50

Respublika Velotrekində velosiped idmanının trek növü üzrə Bakı Kuboku yarışının qalibləri məlum olub. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkil etdiyi yarışda klub və cəmiyyətlərin bütün yaş kateqoriyaları üzrə 60-a yaxın idmançısı iştirak edib.

Davamını oxu

12 mart, 2021 15:11

Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) baş məşqçisi Vitaliy Qladçenkonun 70 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin rəhbərliyi və kollektivi yubilyarla görüşüb.

Davamını oxu