İyunun 3-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində “Şuşa ili” və Beynəlxalq Velosiped Gününə həsr olunmuş trek velosipedi üzrə yarış keçirilib. “Şuşa sən azadsan” devzi ilə keçirilən yarışda “Təhsil” RİM-in 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin 2005-2010-cu il təvəllüdlü oğlan və qız idmançıları iştirak edib.
Azərbaycan Velosiped Federasiyası “Həyat müvazinətini velosipedlə saxla!” mövzusunda rəsm müsabiqəsi elan edir.
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının 3-cü mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının liderlərindən olan Elçin Əsədov bu mərhələdə də uğurlu nəticə göstərərək ilk altılıqda olmağı bacarıb. O, 3-cü mərhələdə 6-cı yerdə qərarlaşmaqla, ümumi təsnifatda mövqeyini 5-ci sıraya yüksəldib. İdmançımız yarışda ən çox xal toplayan velosipedçilər arasında isə 3-cü yerdədir. E.Əsədovun hesabında 52 xal var.
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışında mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandası ikinci mərhələni də uğurla başa vurub.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycanın Elit/U23 yığma komandası Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışında uğurla mübarizə aparır.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycanın Elit/U23 yığma komandası mayın 31-dən iyunun 4-nə qədər keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışında mübarizə aparacaq. Sayca 77-ci dəfə təşkil olunacaq mötəbər yarış 5 mərhələdən ibarətdir.
Davamını oxu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə idmanına və idmançılara göstərdiyi diqqət və qayğını, həmçinin maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələri əldə əsas tutmaqla Azərbaycanda velosiped idman növünün inkişafı istiqamətində fəaliyyətini davam etdirən Azərbaycan Velosiped Federasiyası dünya brendləri ilə əməkdaşlıq edir.
Davamını oxu
Zərərli vərdişlərlə mübarizəyə dəstək məqsədilə Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə mayın 22-də paytaxtda veloyürüş keçirilib. Türkiyə Cumhuriyyəti “Yeşilay” Cəmiyyətinin təşəbbüsü, “Zərərli Vərdişlərə Qarşı” İctimai Birliyinin dəstəyi ilə baş tutan veloyürüşə Azneft dairəsindən start verilib.
Davamını oxu
Respublika Velotrekində trek velosipedinin sprint növləri üzrə Federasiya Kuboku yarışına yekun vurulub. Son yarış günündə (mayın 17-də) velosipedçilər olimpiya sprint növündə mübarizə aparıblar.
Davamını oxu
Respublika Velotrekində trek velosipedinin sprint növləri üzrə Federasiya Kuboku yarışı start götürüb. 60 velosipedçinin iştirak etdiyi yarışın ilk iki günündə idmançılar 500 və 1000 metr məsafələrə fərdi ötüşmədə (mayın 14-də) və komanda sprinti növündə (mayın 15-də) güclərini sınayıblar.
Davamını oxu